Zelenski Ukraynanın bir neçə şəhərinə “Qəhrəman şəhər” adı verib

Tokio, 7 mart , /AJMEDIA/

Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara növbəti dəfə müraciət edib.

AJMEDIA yerli KİV-ə istinadən xəbər verir ki, müraciətində V. Zelenski bir neçə şəhərə “Qəhrəman şəhər” adını verdiyini açıqlayıb.

Bunlar Xarkov, Çerniqov, Mariupol, Xerson, Qostomel və Volnovaxadır.

“Mən bizim qəhrəman şəhərləri xüsusi adlarla qeyd etmək qərarına gəldim”, – Ukrayna dövlət başçısı bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts