Tokio, 19 yanvar , /AJMEDIA/
Kiyevə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel yanvarın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Zelenskinin teleqram səhifəsində məlumat verilib.
“Şarl Mişeli Ukraynada salamlayıram. Daimi və güclü dəstəyinizə görə təşəkkür edirəm! Ukrayna və Avropa İttifaqı bizim tarixi yaxınlaşmamızda artıq mühüm nəticələr əldə edib. Biz daha böyük nailiyyətlərə nail olmaq üçün çalışırıq”, – deyə Zelenski əlavə edib.