Zelenski: Bu gün rusiyalılar tərəfindən Ukraynaya 110-a yaxın raket buraxılıb

Tokio, 29 dekabr , /AJMEDIA/

“Səhərki hücum zamanı Rusiya qoşunları Ukraynaya müxtəlif növlü 110-a yaxın raket buraxıb”.

AJMEDIA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

O bildirib ki, Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlər, o cümlədən doğum evi, tədris müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi evlər, kommersiya anbarı, parkinq atəşə tutulub: “Bu gün Rusiya arsenalında olan demək olar ki, hər növ silahdan zərbə endirib”.

Zelenskinin sözlərinə görə, rusiyalılar tərəfindən 110-a yaxın raket buraxılıb, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub: “Lakin atışma nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və lazımi yardım göstərir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts