Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

Tokio, 2 iyun , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, – deyə dövlət başçısı bildirib.

O, danışıqların təfərrüatlarını açıqlamayıb.

Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts