Tokio, 19 dekabr , /AJMEDIA/
Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.
AJMEDIA xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq”, – deyə Abdulkadir Uraloğlu bildirib.