Zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Tokio, 6 fevral , /AJMEDIA/

Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905355776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts