Zəfər Günü Dubayda da qeyd edilib

Tokio, 9 Noyabr, /AJMEDIA/

Azərbaycanın Dubaydakı Baş Konsulluğunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Dövlət Himni səsləndikdən sonra çıxış edən Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Diplomatımız çıxışında vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti, həmçinin qəhrəman əsgərlərimizin rəşadəti sayəsində Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü təmin edilib. BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirən dövlətimiz, eyni zamanda, Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb. Bu gün dünyanın müxtəlif şəhərlərində, o cümlədən Dubayda yaşayan hər bir soydaşımız qalib ölkənin vətəndaşı kimi qürur hissi keçirir.

Baş konsul çıxışında müharibədən sonra ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib.

Sonra tədbirin bədii hissəsi başlayıb. İlk olaraq, Dubayda yaşayan azərbaycanlı ailələrin uşaqları Vətən və Qarabağ mövzularında şeirlər söyləyib, milli rəqslərimizi ifa ediblər.

Bakıdan dəvət olunmuş incəsənət ustalarının konserti tədbirə xüsusi ovqat qatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts