Zəfər bayramı ilə əlaqədar tədbir – “Sən qalibsən, Azərbaycan!”

Tokio, 6 noyabr , /AJMEDIA/

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı musiqili tədbir keçirilib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Baş İdarənin rəisi İbrahim Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi qeyd edildiyini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib. Konsert zamanı Mədəniyyət evinin “Lalələr”, “Mələklər”, “Azad” rəqs qruplarının çıxışları maraqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts