“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

Tokio, 28 aprel , /AJMEDIA/

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan “Ro-Pax” tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AJMEDIA-ya bildirilib ki, qurumun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı poçt markası Belarus Respublikasının “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb.
Yüksək keyfiyyətlə çap olunmuş poçt markasının ölçüsü 52×37 millimetrdir. Markanın nominal dəyəri 1 AZN-dir.
Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqa sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts