Tokio, 15 iyul , /AJMEDIA/
Zəngilan rayonunun Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlik ərazidə yerləşir.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.
Ərazisindən magistral dəmir və şose yolları keçdiyinə görə strateji cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmir yolu xətti də Mincivan qəsəbəsindən keçirdi.
2020-ci il oktyabrın 21-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
AJMEDIA işğal dövründə erməni vandalizminə məruz qalmış qəsəbədən görüntüləri təqdim edir.