“Yuventus” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Tokio, 14 fevral, /AJMEDIA/

Futbol üzrə İtaliya A Seriyasının XXV turunda ikinci oyun gününün mərkəzi görüşü “Atalanta” və “Yuventus” arasında keçirilib.

AJMEDIA xəbər verir ki, Berqamo şəhərindəki “Geviss Stadium”da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.

Matçın 76-cı dəqiqəsində Ruslan Malinovski meydan sahiblərini baxımlı qolla hesabda önə çıxarıb. Qonaq komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə Danilonun qolu ilə qurtulub.

Bu nəticədən sonra “Yuventus” 26 oyundan 47 xalla 4-cü, “Atalanta” isə 25 matçdan 45 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 25 oyundan 55 xalla “Milan” liderlik edir. Əlli dörd xala malik “İnter” 2-ci, 53 xal yığan “Napoli” 3-cüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts