Tokio, 6 sentyabr , /AJMEDIA/
Yunanıstanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib. İtkin düşən 3 nəfərin axtarışları davam etdirilir.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, daşqından ən çox təsirlənən bölgələrin Volos, Pilion dağı və Skiathos adası olduğu bildirilib. Maqnisiya bölgəsinin Volos şəhərində dünən baş verən seldə divarın uçması nəticəsində 1 nəfərin öldüyü açıqlanıb.
“Daniel” qasırğası nəticəsində körpünün çökməsi zamanı elektrik dirəkləri yıxılıb. Küçələri su basıb, onlarla avtomobil sel sularında sürüklənib. Güclü yağışın daha 24 saat davam edəcəyi gözlənilir.