“Yuğ” Teatrı mart repertuarını açıqlayıb

Tokio, 2 mart , /AJMEDIA/

Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib.
AJMEDIA xəbər verir ki, sənət ocağının kollektivi martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq.
Bundan başqa, martın 18-19-da “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts