Yoşifumi Tsuge: Regional sabitliyin açarı olan Azərbaycan Yaponiyanın mühüm tərəfdaşıdır

Tokio, 28 fevral , /AJMEDIA/

Yaponiya xarici işlər nazirinin müavini Yoşifumi Tsuge ilə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
AJMEDIA Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, fevralın 27-də Xarici İşlər üzrə Dövlət Naziri Yoşifumi Tsuge Yaponiyada səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.
Görüş zamanı Y.Rəfiyev Azərbaycanın sədrlik edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransı üçün Azərbaycanın ev sahibliyi edəcəyini xatırladıb.
Y.Tsuge Yaponiyanın Azərbaycanın bu beynəlxalq tədbirə ev sahibliyi etməsini alqışladığını və ölkəmizin rəhbərliyindən gözləntilərini bildirib. Nazir müavini qeyd edib ki, Yaponiya həmçinin Azərbaycanın fevralın 29-dan başlayacaq “İqlim dəyişikliyi üzrə gələcək fəaliyyət” mövzusunda qeyri-rəsmi görüşdə iştirakını alqışlayır və ümid edir ki, bu görüş COP29-da mənalı fikir mübadiləsi üçün ilkin forum rolunu oynayacaq.
R.Rəfiyev öz növbəsində Yaponiyanın iqlim dəyişikliyi sahəsində fəal töhfələrini yüksək qiymətləndirib və onun çox mühüm əməkdaşlıq edən ölkə olduğunu bildirib. Görüşdə iki ölkə arasında əməkdaşlığı davam etdirmək barədə razılıq əldə edilib.
Görüşdə tərəflər, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi də aparıblar. Nazir müavini Y.Tsuge Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin, regional sabitliyin və inkişafın açarını daşıyan mühüm ölkə olduğunu, Yaponiyanın mühüm tərəfdaşı olduğunu bildirib.
Xarici işlər nazirinin müavini R.Rəfiyev Yaponiya ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini və bu ölkə ilə sıx əməkdaşlığı davam etdirmək istədiyini, Yaponiya-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində hər iki tərəfin birgə çalışacağını bildirib.

Vüqar Ağayev

Yoşifumi Tsuge: Regional sabitliyin açarı olan Azərbaycan Yaponiyanın mühüm tərəfdaşıdır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts