“Yonhap”: Cənubi Koreyada prezident seçkilərinin iyunun 3-də keçirilməsi planlaşdırılır

Tokio, 07 aprel, /AJMEDIA/

Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yolun ölkədə qısamüddətli hərbi vəziyyət elan etdiyinə görə keçən həftə vəzifəsindən uzaqlaşdırlmasından sonra Nazirlər Kabinetinin prezident seçkilərinin tarixini iyunun 3-nə təyin edəcəyi gözlənilir.

AJMEDIA “Yonhap” agentliyinə istinadla xəbər verir ki, qanunla tələb olunmasa da, Nazirlər Kabineti bu tədbirin istirahət günündə keçirilməsinin təsdiq edilməsinə ehtiyac olduğu üçün çərşənbə axşamı keçiriləcək iclasında müvafiq qərar qəbul edəcək.

Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət barədə Fərman imzalayaraq rəsmi vəzifə səlahiyyətlərini pozduğuna və parlamenti buraxmaq üçün qoşunları səfərbər etdiyinə görə Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən kənarlaşdırılıb.

Qanun hazırkı dövlət başçısı vəfat edərsə və ya vəzifəsindən kənarlaşdırılarsa, yeni prezident seçkilərinin 60 gün ərzində keçirilməsini tələb edir.

Milli Seçki Komissiyasının rəsmisi bildirib ki, mediada qeyd olunan tarix yekun deyil və prezident səlahiyyətlərini icra edən Baş nazir Han Dok Su elan edənə qədər rəsmi olmayacaq.

Müxalifət lideri Li Çje Myon qarşıdakı seçkilərdə favorit hesab olunur. O, 2022-ci ildə Yun Sok Yola 1 faizdən də az səslə uduzmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts