Tokio, 15 noyabr , /AJMEDIA/
ABŞ noyabrın 15-nə planlaşdırılan birgə aviasiya təlimlərində iştirak etmək üçün nüvə silahı daşıya bilən B-52 strateji bombardmançı təyyarəsini Koreya Respublikasına göndərmək niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə Amerika və Cənubi Koreya hərbi dairələrindəki mənbələrə istinadən YONHAP agentliyi məlumat yayıb.
Manevrlər zamanı bombardmançı təyyarəni Koreya Respublikasından olan qırıcılar müşayiət edəcək. Bildirilir ki, B-52 Koreya yarımadasının hava məkanından keçəcək.
Qeyd edək ki, ABŞ-nin B-52 bombardmançı təyyarəsi ilk dəfə oktyabrın 17-də Cənubi Koreya ərazisində ikitərəfli təlimlərdə iştirak edib.