Yevlax və Mingəçevir şəhərlərində subasmaya məruz qalan ərazilərdə təxirəsalınmaz tədbirlər görülür

Tokio, 12 iyun , /AJMEDIA/

İntensiv yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə AJMEDIA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda FHN-nin qüvvələri su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, o cümlədən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işlərini həyata keçirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts