Tokio, 3 fevral, /AJMEDIA/
Fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
AJMEDIA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkarlanaraq zərərsizləşdirilib.