Yeni Zelandiyanın ölkəmizdəki səfiri ilə COP29-a hazırlıq tədbirləri müzakirə olunub

Tokio, 6 mart , /AJMEDIA/

Yeni Zelandiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts