Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

Tokio, 24 sentyabr, /AJMEDIA/

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusa qarşı əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

AJMEDIA xəbər verir ki, yeni sanksiyalar beş fiziki şəxsə və altı quruma tətbiq edilib.

Qeyd olunub ki, sanksiyalar Rusiyanın “Zaporojye” AES-i işğalında, Rusiya hərbi-sənaye kompleksində iştirak edən subyektlərə, habelə dəstək verən Belarus fiziki və hüquqi şəxslərinə qarşı yönəlib.

2022-ci ilin mart ayından etibarən Yeni Zelandiya 1,7 mindən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar, habelə Rusiyaya qarşı bir sıra ticarət tədbirləri tətbiq edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts