Yeni “Texas qətliamı” filminin treyleri təqdim olunub

Tokio, 1 fevral, /AJMEDIA/

Rejissor Tobe Hooperin 1974-cü ildə çəkdiyi klassik “Texas qətliamı” (The Texas Massacre) qorxu filminin hekayəsini davam etdirəcək “Zəncirli mişarla Texas qətliamı” (Texas Chainsaw Massacre) üçün yeni treyler yayımlanıb.

AJMEDIA xəbər verir ki, rejissor David Blue Garcia tərəfindən ekranlaşdırılan film, təxminən 50 ildir gizlənən “Leatherface”ın, Texasın ucqar bir şəhərində ehtiyatla qorunan kiçik dünyasını təsadüfən pozan bir qrup yeniyetməni qorxutmaq üçün geri qayıtması haqqındadır.

Filmin aktyor heyətinə Sarah Yarkin, Elsie Fisher, Nell Hudson, Jacob Latimore, Olven Fuere və Alice Krige kimi simalar daxildir. Filmdə “Leatherface” rolunu Mark Burnham canlandırır. Gunnar Hansen orijinal filmdə “Leatherface” obrazını canlandırmış və yaddaqalan performans nümayiş etdirmişdi.

Filmin ssenarisini yazan Fede Alvarez ekran əsərində izləyəcəyimiz qatilin orijinal filmdəki ilə eyni adam olacağını vurğulayıb və deyib: “Bizə görə bu adam törətdiyi onlarca cinayətdən sonra böyük ehtimalla yoxa çıxıb. Maskalı bir adamı necə tutursan? Maskanı çıxarıb qaçdığında, bir yerdə gizlənmək onun üçün çox asandır. “Leatherface” uzun müddətdir gizlənir, yaxşı insan olmağa çalışır. Amma bu qəsəbəyə gələn bu gənclər yatmış nəhəngi oyadacaqlar”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts