Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

Tokio, 1 oktyabr , /AJMEDIA/

Yeni işğaldan azad olunan yerlərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək.

AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

“Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qubadlı və Kəlbəcər hərbi prokurorluqları yaradıldı. İlk zamanlar orada mülki əhali olmadığından dərhal hərbi prokurorluqlar fəaliyyətə başladı. Bütün zəruri maddi-texniki baza yaradıldı. Mülki əhali gəlməyə başladıqdan sonra mülki prokurorluqlar da yaradıldı. Hazırda azad edilmiş bütün ərazilərdə mülki prokurorluqlar mövcuddur. Proses davam etdirilir. Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts