Yekaterinburqda COP29-un Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi amili kimi mövzusunda müzakirələr aparılıb

Tokio, 22 oktyabr, /AJMEDIA/

Rusiyanın Yekaterinburq şəhərində “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı (COP 29) Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi amili kimi” mövzusunda onlayn dəyirmi masa keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun vasitəçiliyi ilə Rusiya Avropa-Asiya Araşdırmaları Mərkəzinin və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunan dəyirmi masanı baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev açıb.

Avropa-Asiya Araşdırmaları Mərkəzinin direktoru Andrey Rusakovun moderatorluğu ilə davam edən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin müşaviri Murad Məmmədov, Mərkəzin aparıcı müşaviri Roza Əsgərova, “Anyway Law” beynəlxalq konsaltinq şirkətinin Rusiya ofisinin rəhbəri Andjey Sapegin, Avropa-Asiya Araşdırmaları Mərkəzinin eksperti, Sverdlovsk vilayəti Hökuməti Aparatının rəhbərinin birinci müavini Vadim Dubiçev və Yekaterinburq Ekspert Klubunun rəhbəri, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin Siyasi elmlər kafedrasının professoru Anatoli Qaqarin çıxış ediblər.

Natiqlər bir neçə həftə sonra Bakı şəhərində keçiriləcək COP29 ərəfəsində dəyirmi masanın əhəmiyyətindən, dünyadakı iqlim problemlərindən bəhs edib, Azərbaycanın və Rusiyanın sözügedən mövzuya verdikləri xüsusi əhəmiyyəti, həmçinin birgə əməkdaşlığı ətrafında müzakirələr aparıblar. Həmçinin müzakirələr zamanı qarşıya çıxan suallar cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts