Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı iş Rusiya İstintaq Komitəsində xüsusi nəzarətə götürülüb

Tokio, 29 iyun, /AJMEDIA/

Rusiya İstintaq Komitəsinin sədri Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri vəzifəsini icra edən Anatoli Nadbitova Yekaterinburqda azərbaycanlıların saxlanılması ilə bağlı vəziyyət barədə ətraflı hesabat hazırlanıb təqdim olunması tapşırığını verib.

AJMEDIA Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, Sverdlovsk vilayətində xüsusi əməliyyat zamanı azərbaycanlıların saxlanılması və ikisinin həlak olması ilə bağlı iş geniş ictimai rezonans doğurub.

Bildirilir ki, işin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında xüsusi nəzarətə götürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts