Yazıçı Gülzar İbrahimova kitabxanaya yeni kitablar hədiyyə etdi

Tokio, 30 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Həsən bəy Zərdabi mükafatçısı, Prezident təqaüdçüsü Gülzar İbrahimova kitabxanada həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində “Trolların sirri” və “Sehirli qız” adlı yeni kitablarını kitabxanaya hədiyyə etdi.
“Trolların sirri” nağılı nağılçı Gülzar İbrahimovadan norveçli balalara və Oslodakı Azərbaycan məktəbində təhsil alan uşaqlara nağıl payıdır.
“Trolların sirri” çox maraqlıdır. Burada oxucular Trollar Kralı Maqnusun dərdini biləcəklər. Qazotaran Hovard və onun arvadı Sivanı tanıyacaqlar. Necə olur ki, Hovard yoxa çıxır? Onun rastlaşdığı sirli qoca kim olur? Qızıl çiçək onun və kralın ailəsinə hansı xoşbəxtliyi gətirdi? Uğurlu çiçək nə üçün fəlakət və dərd gətirdi? Uşaqlar nağılda maraqlı hadisələrin şahidi olaraq özlərini nağıl qəhrəmanı hiss edəcək, nağıllar dünyasına səyahət edəcəklər.
Nağılda xeyir və şərdən, doğru və yalandan, yaxşılıq və pislikdən, xəyanət və sədaqətdən söhbət gedir. Nağıl sehr və əfsanələrlə dolu epizodlardan ibarətdir.
Nağıl pdf formatında aşağıdakı keçidlərdə verilib:
https://bit.ly/3IK8Kqm
https://cloud.mail.ru/stock/8VgHiCL1a6F4EgfePJ6mYMuF

Follow us on social

Facebook Twitter Youtube

Related Posts