“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Tokio, 22 may , /AJMEDIA/

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ekokönüllülər iştirak ediblər.

Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində bir hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 100-dən çox zeytun və şam ağacı əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts