“Yarımçıq qalmış” tamaşası yenidən səhnədə

Tokio, 3 aprel , /AJMEDIA/

Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış…” (Xəyalpərvər oğlan) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı oldu. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi.

Psixoloji səpgili dram janrında qurulan səhnə əsərində rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Ramil Şamiloğlu, Nuriyə Əliyeva, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Tahir İsmayılov və Xaliq Bəkirov ifa edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts