YARAT-da “Muzey gecəsi” təşkil olunacaq

Tokio, 16 may , /AJMEDIA/

YARAT Müasir İncəsənət Muzeyində “Muzey gecəsi” təşkil olunacaq.
YARAT-dan AJMEDIA-ya bildirilib ki, mayın 19-da keçiriləcək “Muzey gecəsi” iştirakçıları immersiv və düşündürücü səyahətə dəvət edir.
İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, “kölgə” anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.
“Muzey gecəsi” layihəsi Dənizkənarı Bulvar İdarəsi, “Meatadore” və “iTicket” platformasının dəstəyi ilə həyata keçirilir.
Bütün tədbirlərə giriş ödənişsizdir. Layihə çərçivəsində konsert proqramları və ustad dərslərinin təşkili də nəzərdə tutulur.
İştirak etmək istəyənlər https://iticket.az/ru/events/other/museum-night linkindən qeydiyyatdan keçə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts