“Yaradıcı oxucularımız” layihəsinə tanınmış yazıçı, publisist Nüşabə Məmmədli yeni hekayə təqdim etdi

Tokio, 8 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli “Ümid çırağı Umudcan” adlı hekayəsini kitabxanaya təqdim etdi.
Nüşabə Məmmədli qəzet və jurnallarda dərc edilmiş onlarla bədii əsərlərin, yüzlərlə esse, mənsur şeir və hekayələrin, habelə 1000-nə yaxın publisistik məqalələrin müəllifidir.
Bu il fevral ayında qardaş Türkiyənin bir sıra vilayətlərində güclü dağıntı və insan təlafatı ilə nəticələnən zəlzələlər oldu. Zəlzələdə on minlərlə insan həyatını itirdi. Yazıçı qardaş ölkədə baş verən təbii fəlakət qurbanlarına “Ümid çırağı Umudcan” növbəti hekayəsini ithaf etdi. Hekayədə zəlzələ zamanı dağıntılar altında qalan bir ailənin faciəsindən danışılır. Xilasedicilər Katırla Zərişin övladlarından 10 yaşlı Sumrunu huşsuz vəziyyətdə tapdılar. Elifin, Zeynəbin, Alinin və ananın cansız bədənlərini çıxardılar. Dağıntılar altından çıxarılan yeni doğulmuş körpənin adını atası Umudcan qoydu.
Hekayə aşağıdakı keçiddə təqdim olunur:
https://bit.ly/3WUQIaH

Follow us on social

Facebook Twitter Youtube

Related Posts