Tokio, 29 yanvar, /AJMEDIA/
Yaponiya hökuməti ölkəyə gələnlər üçün xüsusi müəssisələrdə və ya evdə qalmaqla əlaqədar karantin müddətini 10 gündən 7 günə azaltmaq barədə qərar qəbul edib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Gəldikləri ölkədə koronavirusun yayılması səviyyəsindən asılı olaraq, Yaponiyaya gələnlər özünütəcrid şəraitində qalmaq üçün xüsusi müəssisələrə və ya yaşadıqları mənzilə göndərilirlər.
Hazırda Yaponiyaya yalnız bu ölkənin vətəndaşları, akkreditasiyaya malik olan diplomatlar və burada uzun müddət yaşamaq hüququna malik olan digər əcnəbilər gələ bilərlər. Bununla yanaşı, uzunmüddətli vizaların müddətinin uzadılması da tələb olunur.