Tokio, 5 aprel , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində Yaponiyanın Tsukuba Universiteti nəzdində orta məktəb ilə Bakı Avropa Liseyi şagirləri arasında online görüş keçirilmişdir
28 mart tarixində Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində Tsukuba Universiteti nəzdində orta məktəb və Bakı Avropa Liseyinin birgə online görüşü baş tutmuşdur.
Hər iki məktəbin şagirdləri “bayramlar”, “yemək” , “idman” kimi mövzularda öz ölkələrinin mədəniyyətləri haqqında ingilis dilində məlumat vermiş və çıxış etmişlər. Eyni zamanda, hər iki tərəf Yaponiya və Azərbaycan arasında beynəlxalq mədəni əlaqələrlə bağlı gələcək layihə planlarını qarşılqlı şəkildə təqdim etmişdir.
OCEP yeniyetmələr arasında olimpiya dəyərlərinin təbliği, mədəni və idman fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən 2019-cu ildə yaradılmış mədəni mübadilə proqramıdır.
Bu proqram vasitəsilə baş tutmuş yeniyetmələr arasında qarşılıqlı əlaqələrin Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı mübadilənin artmasına vəsilə olacağı gözlənilir.