Tokio, 10 mart , /AJMEDIA/
Yaponiyanın “Toyota Motor” nəhəng avtomobil istehsalı korporasiyası təchizatda yaranan problemlərlə əlaqədar Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırıb.
AJMEDIA xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
“Şirkətin Sankt-Peterburqdakı zavodunda ehtiyat hissələrinin tədarükündə yaranmış problemlə əlaqədar istehsal dayandırılıb. Həmçinin hazır avtomobillərin Rusiyaya göndərilməsi də dayandırılıb”, – deyə məlumatda bildirilir.
Bununla yanaşı, “Nikkei” qəzetinin yaydığı məlumata görə, “Toyota Motor” şirkəti Rusiyadakı əməkdaşlarını da bu ölkədən çıxarır. Buraya şirkətin 26 nəfər əməkdaşı və onların ailə üzvləri daxildirlər. Moskva ilə Tokio arasında birbaşa aviareyslər olmadığına görə onların üçüncü ölkələr vasitəsilə Yaponiyaya qayıdacaqları bildirilir.
Kyodo agentliyini məlumatına görə, “Mitsubishi Motors”, “Nissan Motor” və “Subaru” şirkətləri də əməkdaşlarının Rusiyadan çıxarılmasına başlayıb.