Tokio, 19 mart , /AJMEDIA/
Martın 18-dən 19-na keçən gecə Yaponiyanın şimal-şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin İvate prefekturasının sahillərində, ocağının okeanın 20 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanlar Miyaqi, Fukusima, Akita və Aomori prefekturalarında da hiss edilib.
Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə həmin rayonda 7,4 bal gücündə zəlzələ olub. Güclü zəlzələ nəticəsində 3 nəfər həyatını itirib, 200-dən çoxu xəsarət alıb. Təbii fəlakət nəticəsində böyük bir ərazidə elektrik enerjisinin verilişində və qatarların hərəkətində fasilələr yaranıb.
Yapon seysmoloqları yaxın həftədə güclü afterşoklar barədə xəbərdarlıq ediblər. Hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.