Yaponiyanın Oqasavara adaları rayonunda sualtı vulkan püskürüb

Tokio, 28 mart , /AJMEDIA/

Martın 28-də Yaponiyanın paytaxtı Tokiodan min kilometr cənubda yerləşən Oqasavara adaları rayonunda sualtı vulkan püskürüb.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Süni peykdən alınan məlumatlara istinadla qeyd edilir ki, püskürmədən sonra vulkanın tüstüsü dənizin səthindən 5,5-7 kilometr hündürlüyə qalxıb. Agentlik ərazidə olan gəmilərə təhlükə barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ötən ilin avqustunda da Oqasavara adaları rayonunda vulkan püskürməsi baş verib. Həmin vulkanın 1914-cü ildən bəri Yaponiyada baş verən ən güclü vulkan püskürməsi olduğu qeyd edilib. Belə ki, püskürmə nəticəsində Sakit okeana 300 milyon tondan 1 milyard tonadək maqma kütləsinin axdığı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts