Yaponiyanın NHK kanalı Azərbaycan Prezidentinin Xankəndiyə səfəri barədə süjet yayımlayıb

Tokio, 17 oktyabr , /AJMEDIA/

Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb.

AJMEDIA xəbər verir ki, süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən sonra Azərbaycan Prezidentinin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırıb.

Süjetdə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “respublika”nın özünü buraxmasından, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları üçün təkliflərindən, rəsmi İrəvanın Qərbə meyillənməsindən də söz açılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts