Yaponiyanın İbaraki prefekturasında 5 bal gücündə zəlzələ olub

Tokio, 12 dekabr, /AJMEDIA/

Dekabrın 12-də yerli vaxtla saat 12:31 dəqiqədə Yaponiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin paytaxt Tokio ilə qonşuluqda yerləşən İbaraki prefekturasında, ocağının 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Zəlzələnin Tokio, Toçiqi, Saytama və Çiba prefekturalarında da hiss olunduğu qeyd edilir.

İbaraki prefekturasında yerləşən “Tokai-2” AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts