Yaponiyanın hakim partiyasında Rusiyaya qarşı sanksiyaların tətbiq olunması barədə çağırışlar səslənib

Tokio, 25 yanvar, /AJMEDIA/

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) mənzil-qərargahında xarici siyasət və iqtisadiyyat komissiyalarının birgə iclası zamanı Rusiyanın Ukrayna ilə hərbi əməliyyatlara başlayacağı təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiqi barədə çağırışlar səslənib. Xüsusən, Rusiyadan alınan təbii sıxılmış qazın idxalına qadağa qoyulması təklif olunub.

AJMEDIA xəbər verir ki, bu barədə yanvarın 25-də Kyodo agentliyi məlumat yayıb.

İclasda məsələ ilə bağlı işgüzar dairələrlə müzakirələrin başlaması da təklif edilib. Lakin iclasda iştirak edən Xarici İşlər Nazirliyinin nümayəndəsi məsələ ilə bağlı ABŞ tərəfi ilə sıx əməkdaşlığın zəruriliyini bildirərək, konkret təkliflərin müzakirəsindən yayınıb.

Qeyd edək ki, Yaponiya Rusiyadan Saxalində yerləşən mədənlərdən hasil olunan təbii qaz alır. Rusiya Avstraliya, Malayziya və Qətərdən sonra Yaponiyaya qaz ixrac edən dördüncü ölkədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts