Tokio, 7 Oktyabr, /AJMEDIA/
Oktyabrın 7-də yerli vaxtla saat 22:41 dəqiqədə Yaponiyanın Çiba prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib.
AJMEDIA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Tokionun yaxınlığında yerləşən Çiba prefekturasının şimal-şərqində, ocağı 80 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Tokio da daxil olmaqla, ətraf prefekturalarda hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.