Yaponiyanın Baş naziri yeni tərəfdaşlar axtarır

Tokio, 28 oktyabr, /AJMEDIA/

Yaponiyanın hakim düşərgəsi bazar günü keçirilən seçkilərdə Nümayəndələr Palatasında çoxluğunu itirdikdən sonra yeni hökuməti formalaşdırmaq üçün koalisiyadan kənarda əlavə dəstək axtarmağa məcbur olub. Bu, Baş nazir vəzifəsini yaxın keçmişdə tutmuş Şiqeru İşibaya ağır zərbədir.

Buna baxmayaraq, Ş.İşiba partiyasının rəhbərlik etdiyi yeni hökuməti qurmaq istəyini dilə gətirib. Lakin Baş nazirin həm liberal, həm də sağ təmayüllü qüvvələrdən ibarət müxalifət partiyalarının siyasi yanaşmasında fərqli mövqe səbəbindən koalisiya yaratmaqda çətinlik çəkəcəyi gözlənilir.

Yaponiyada 2012-ci ildən hakimiyyətdə olan koalisiyaya təbii fəlakətlər və külli miqdarda maliyyə qalmaqalları ilə əlaqədar inamsızlığın dərinləşməsi, müxalifətin hakimiyyətə qayıtmasına şərait yaratmaqdadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts