Yaponiyanın Baş naziri yeni nazir təyin olunanadək Xarici İşlər Nazirliyinə özü rəhbərlik edəcək

Tokio, 4 Noyabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida yeni nazir təyin olunanadək Xarici İşlər Nazirliyinə (XİN) özü rəhbərlik edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə F.Kişida noyabrın 4-də jurnalistlərlə görüşü zamanı bildirib.

“Hökumətin yeni tərkibi təsdiq olunanadək mən özüm xarici işlər naziri funksiyasını yerinə yetirəcəyəm”, – deyə Baş nazir bildirib. F.Kişida əlavə edib ki, XİN-ə rəhbərlik etmiş Toşimitsu Moteqi noyabrın 4-dən hakim Liberal Demokratik Partiyada (LDP) baş katib vəzifəsinin icrasına başlayacaq.

Bu ərəfədə yeni vəzifəyə təyinatını şərh edən T.Moteqi ölkənin xarici siyasət kursunun hökumətin əvvəllər müəyyən etdiyi əsas istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə 465 yerdən 261-ni qazanan LDP aşağı palatada əksər üstünlüyü saxlamağa nail olub.

Parlamentin hökumətin yeni tərkibini təsdiq edəcək sessiyası isə noyabrın 10-da keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts