Yaponiyanın Baş naziri səsdən iti raketlərə qarşı ölkənin müdafiəsini gücləndirməyə çağırıb

Tokio, 13 Oktyabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida səsdən iti raketlərə qarşı ölkənin müdafiəsini gücləndirməyə çağırıb.

AJMEDIA xəbər verir ki, bu barədə o, oktyabrın 13-də parlamentdə çıxışı zamanı bəyan edib.

“Hökumət hələ də ballistik raketlərə qarşı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə çalışır. Lakin biz xalqın həyatını və sülh şəraitində yaşamasını təmin etmək üçün yalnız raketlərin vurulmasının səmərəliliyini artırmağın nə qədər problemli olduğunu da başa düşürük. Son vaxtlar ölkəmizin ətrafında səsdən iti, uçuş trayektoriyasını dəyişən və nüvə başlıqlı raketlərin hazırlanması prosesi davam edir. Belə olan halda hökumət raketdən müdafiə sisteminə başqa nöqtələrdən baxmaq məcburiyyətindədir və digər səmərəli variantları da nəzərdən keçirir”, – deyə Baş nazir parlamentin yuxarı palatasında dinləmələr zamanı, birbaşa yayımda bildirib.

Xatırladaq ki, F.Kişida oktyabrın 4-də Yaponiyanın növbəti Baş naziri seçilib. Oktyabrın 11-dən parlamentdə müzakirələrə qatılan yeni Baş nazir hər iki palatanın müxtəlif partiyalardan olan nümayəndələrinin suallarını cavablandırır. Həmin müzakirələrdən sonra parlamentin aşağı palatası oktyabrın 21-də buraxılacaq və bu ayın 31-də yeni tərkib seçiləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts