Yaponiyanın Baş naziri noyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfərə hazırlaşır

Tokio, 30 oktyabr , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişidanın noyabrın ortalarında Kamboca, İndoneziya və Tailanda səfəri ilə bağlı hazırlıq işləri aparılır.
AJMEDIA Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, F.Kişida parlamentin cari sessiyasının cədvəli imkan verəcəyi təqdirdə həmin ölkələrə səfər edəcək. Səfər çərçivəsində Baş nazirin G20 ölkələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirakı nəzərdə tutulur.
Məlumatda Yaponiyanın Baş nazirinin Ukraynanı dəstəkləmək üçün digər dövlətlərlə birgə fəaliyyətə və Rusiyaya qarşı sanksiyaları artırmağa çağıracağı da qeyd edilir. Həmçinin F.Kişidanın Tayvan boğazında sülhün və sabitliyin qorunması, azad və açıq Hind-Sakit okean regionunun formalaşması üçün əməkdaşlığa çağıracağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts