Yaponiyanın baş naziri NATO-nun sammitində iştirak etməyi planlaşdırır

Tokio, 4 iyun , /AJMEDIA/

Yaponiyanın baş naziri Fumio Kişida NATO-nun Madrid şəhərində keçiriləcək sammitində iştirak etməyi planlaşdırır. Bununla F.Kişida NATO-nun toplantısında iştirak edən ilk yaponiyalı baş nazir kimi tarixə düşəcək.
AJMEDIA xəbər verir ki, Yaponiyanın baş naziri sammitdə təkcə Ukraynadakı hərbi əməliyyatları deyil, həm də Çin və Şimali Koreya ilə bağlı məsələləri müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi planlarından danışmaq niyyətindədir.
NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da İspaniyanın Madrid şəhərində təşkil ediləcək. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, həmçinin alyansın gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri məsələlərinin müzakirə edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts