Yaponiyanın Baş naziri Hindistana rəsmi səfərə yola düşüb

Tokio, 19 mart , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida Hindistana səfəri çərçivəsində bu ölkənin Baş naziri ilə Ukrayna məsələsini və QUAD çərçivəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı martın 19-da jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir əlavə edib ki, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyat beynəlxalq qaydaların dəyişməsinə səbəb olub.

“Status-kvonun belə birtərəfli qaydada dəyişdirilməsinin Hind-Sakit okean regionunda baş verməsinə heç vaxt yol vermək olmaz. Səfər çərçivəsində biz fikir mübadiləsi apararaq, Ukrayna ətrafında vəziyyəti müzakirə edəcəyik”, – deyə Baş nazir Tokiodan yola düşməzdən əvvəl vurğulayıb.

F.Kişida, həmçinin qeyd edib ki, Hindistana səfəri zamanı Baş nazir Narendra Modi ilə Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (Quadrilateral Security Dialogue, Quad) çərçivəsində əməkdaşlığın gələcək istiqamətləri və yaxın vaxtlarda Tokioda keçirilməsi planlaşdırılan Yaponiya, ABŞ, Hindistan və Avstraliya liderlərinin sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

Yaponiyanın Baş nazirinin Hindistandan sonra Kambocaya yola düşəcəyi və burada ölkənin Baş naziri Hun Senlə görüşəcəyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts