Yaponiyanın baş naziri Fumio Kişida Ərdoğanı təbrik edib

Tokio, 29 may , /AJMEDIA/

Türkiyə Cümhuriyyətinin Prezidenti, Zati-aliləri Rəcəb Tayyib Ərdoğana
Bu prezident seçkilərində qələbəniz və yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Yaponiya hökuməti və Yaponiya xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Sizin ölkənizin qərbdə, Yaponiyanın isə şərqdə, bir-birindən çox uzaqda olmasına baxmayaraq, Yaponiya və Türkiyə tarixən möhkəm əlaqələrə malik olublar və gələn il diplomatik münasibətlərin qurulmasının 100 illiyi qeyd olunacaq. İndiyədək bəslədiyimiz dostluğa əsaslanaraq, mən Zati-aliləri ilə bütün sahələrdə möhkəm əlaqələri inkişaf etdirmək və növbəti 100 ilə doğru birlikdə addımlamaq üçün əl-ələ verib işləmək istərdim.
Eyni zamanda, biz regionun və dünyanın üzləşdiyi müxtəlif problemlərin, o cümlədən Rusiyanın Ukraynaya təcavüzündən irəli gələn müxtəlif problemlərin həlli üçün ölkənizlə işləmək niyyətindəyik.
Zati-alinizə möhkəm cansağlığı arzulayıram və Türkiyə Respublikasının gələcək inkişafı üçün ürəkdən dua edirəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts