Yaponiyanın Azərbaycandakı səfiri Qazax rayonunda olub

Tokio, 9 Oktyabr, /AJMEDIA/

Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Qazax rayonunda səfərdə olub. Səfər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə görüş zamanı ikitərəfli qarşılıqlı münasibətlər müzakirə olunub.

Sonra “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Çaylı kəndində yenicə inşa olunan tibb məntəqəsinə baxış keçirilib. Tibb məntəqəsində şəraitlə tanış olan səfir məntəqənin yerli əhali üçün yeni imkanlar varatmasından məmnun olduğunu bildirib.

Səfir, həmçinin “Qazax Sement Zavodu” MMC, “Azərxalça” ASC-nin Qazax filialı ilə tanış olub, “Saloğlu Fərdi Firması”ı ziyarət edib.

Səfər zamanı səfirə Qazax şəhərindəki Şəhidlər Xiyabanı, “Damcılı” mağarası və rayonun digər əhəmiyyətli yerləri təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts