Yaponiyadakı diaspor təşkilatımız Türkiyə səfirliyinə dəhşətli zəlzələ ilə əlaqədar başsağlığı məktubu göndərib

Tokio, 10 fevral , /AJMEDIA/

Tokioda fəaliyyət göstərə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi (AYDM) Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfirliyinə dəhşətli zəlzələ ilə əlaqədar başsağlığı məktubu göndərib.
Bu barədə AJMEDIA-ya portalına mərkəzin sədri Xəlil Kələntər məlumat verib.
Türkiyənin Yaponiyadakı səfiri cənab Korkut Güngen bəyin adına göndərilən məktubun mətnində deyilir: “Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində qardaş ölkəyə dəyən böyük zərər, çoxsaylı insan tələfatı və yararlıların olması bizim də qəlbimizi ağrıtdı. Baş verən təbii fəlakət nəticəsində türkiyəli qardaşlarımızın həyatlarını itirməsi, minlərlə insanın yaralanması böyük faciədir.
Bütün Azərbaycan xalqı, dünyanın hər yerində yaşayan azərbaycanlılar, o cümlədən Yaponiyadakı soydaşlarımız bu ağır günlərdə qardaş Türkiyə ilə, sizinlə birlikdədir. Qardaş Azərbaycan, həmçinin dünya azərbaycanlıları həmişə olduğu kimi bu gün də türkiyəli qardaşlarımızla həmrəydir. Bu ağır günlərdə biz Türkiyə hökumətinin, qardaş türk xalqının böyük əzminin, faciənin nəticələrini qısa müddətdə aradan qaldırmaq üçün başladığı böyük şücaətin şahidiyik.
Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Axtarış-xilasetmə işləri nəticəsində xilas edilən hər bir insan həyatı bizi ürəkdən sevindirir. Tam əminik ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və axtarış-xilasetmə işlərinin aparılmasında öz səylərini yorumadan davam etdirəcək”.
Məktubda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Bakıdakı səfirliyinə getməsi barədə də məlumat verilir və dövlətimizn başçısının buradakı çıxışından sitat gətirilir: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.
AYDM sədri tərəfindən imzalan məktub bu sözlərlə başa çatıb: “Əminik ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bu ağır günləri tezliklə geridə qoyacaq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts