Yaponiyadakı diaspor təşkilatımız İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə bəyanat yayıb

Tokio, 15 oktyabr , /AJMEDIA/

Yaponiyada fəaliyyət göstərən “Azərbaycan Yaponiya Dostluq Mərkəzi Prezident İlham Əliyevin ilk dəfə dövlət baçısı seçilməsinin 20-ci ildönümü münasibətilə bəyanat yayıb
Bu barədə AJMEDİA portalına Mərkəzin sədri Xəlil bəy Kələntər məlumat verib. Bəyənatın mətnində deyilir:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il ərzində Azərbaycan xalqı görünməmiş inkişaf və tərəqqi yolu keçib. Ötən dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan dövləti bir çox taleyüklü problemləri geridə qoyaraq, inkişaf etməkdə olan ölkələr sırasında öz layiqli yerini tutub.
Bu gün Azərbaycan bütün dünyada güclü diaspora malik ölkəyə çevrilib. Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ötən dövrdə mühüm inkişaf yolu keçərək Azərbaycanın maraqlarını xaricidə qoruyan, ölkəmiz haqda həqiqətləri yayan mühüm qüvvə rolunu oynayır.
Müstəqilliyimizin bərpasının ilk dövrlərində diaspor təşkilatlarının təşəkkülündə müəyyən pərakəndəlik müşayiət olunurdu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bu təşkilatlara diqqət və əsas prioritetlərin müəyyənləşməsi prosesi uğurla həyata keirildi. Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının Qurultayları bu işdə mühüm rol oynadı.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizin həyatında, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.
Sonrakı dövrdə yəni 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Uzun müddət düşməm tapdağı altında qalan torpaqlarımız nəhayət ki, öz əsil sahiblərinə qaytarıldı. Bu gün azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq və bərpa işləri, uğurla həyata keçirilən Böyük Qayıdış proqramı dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlılnın qəlbində böyük qürur və iftixar hissi doğurur.
Azərbaycan Respublikası artıq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir.
2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyev Azərbaycan xalqını arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan diasporunun təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!
Yaponiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri bundan sonra da dövlətimizin milli maraqlarının keşiyində dayanacaq, bu yolda bütün imkanlarını səfərbər edəcəkdir”.

Vüqar Aağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts