Yaponiyada zəlzələ zonasında ölənlərin sayı 90-a çatdı, xilasedicilərin sayı iki dəfə artırıldı

Tokio, 5 yanvar , /AJMEDIA/

Yaponiya hökuməti Noto bölgəsində zəlzələ nəticəsində xilasetmə əməliyyatlarında iştirak edən özünümüdafiə qüvvələrinin şəxsi heyətinin sayını yanvarın 5-də iki dəfə artıraraq 4600-ə çatdırıb.
AJMEDIA xəbər verir ki, fəlakət zonasında ölənlərin sayının 92-yə çatdığı bildirilir. 240-dan çox sakin isə hələ də itkin hesabolunur.
Yeni il günü Yaponiyanın mərkəzi bölgələrində baş verən güclü zəlzələdən sonra geniş infrastruktur dağıntıları, torpaq sürüşmələri və davam edən yeraltı təkanlar axtarış və xilasetmə işlərinə maneə yaratmaqda davam edir.
Xilasedicilər dağıntıların təmizlənməsi və sağ qalanlara çatmaq üçün yolları bağlayıblar. Hələ də 40-dan çox insanın çökmüş binaların altında qaldığı bildirilir.
Yerli hökumətlərin məlumatına görə, 7,6 bal gücündə zəlzələdən ən çox zərər çəkən İşikava prefekturasındakı 370 sığınacağa təxminən 33 min adam təxliyə olunub. Yolların zədələnməsi və tıxaclar yardım əməliyyatları üçün problemlər yaradır.
Azı 700 nəfərin bağıanmış yollar səbəbindən hələ də təcrid olunmuş vəziyyətdə qaldığı, prefekturada təxminən 30 min evin elektrik enerjisiz, 80 min nəfərin isə susuz qaldığı qeyd edilir.

Yaponiyada zəlzələ zonasında ölənlərin sayı 90-a çatdı, xilasedicilərin sayı iki dəfə artırıldı
Yaponiyada zəlzələ zonasında ölənlərin sayı 90-a çatdı, xilasedicilərin sayı iki dəfə artırıldı
Yaponiyada zəlzələ zonasında ölənlərin sayı 90-a çatdı, xilasedicilərin sayı iki dəfə artırıldı

Follow us on social

Facebook Twitter Youtube

Related Posts