Tokioda Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının konserti keçirilib

Tokio, 10 iyun , /AJMEDIA/

Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı, türk və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Yaponiya Dostluq Mərkəzini sədri Xəlil Kələntər, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Proqram zamanı azərbaycanlı rəqqasələr Minarə Şükürova və Dilarə Qazıyevanın, yaponiyalı sənətçilər Yamomoto Kyokonun, Kiyoşi Ohira və Tayqanın, eləcə də “Otantik Bunka” və “Kelebek” qruplarının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.
Azərbaycanlı, türk və yapon incəsənət ustalarının çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts